"Təhsilə ictimai baxış": Məktəb-valideyn tərəfdaşlığı müzakirə ediləcək | |
Fevralın 18-də Təhsil Nazirliyi yanında İctimai Şuranın və "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Təhsilə ictimai baxış” silsiləsindən növbəti müzakirə təşkil olunacaq. "Məktəb-valideyn tərəfdaşlığı" mövzusuna həsr olunacaq müzakirənin əsas məqsədi bu istiqamətdə mövcud vəziyyəti öyrənmək, məktəb və valideyn arasında tərəfdaşlığın səmərəli qurulması və inkişaf etdirilməsi yönündə maraqlı tərəflərin fikirləri ilə tanış olmaq, mövcud tərəfdaşlığın modelinin yeni formalarını hazırlamaqdır.
|
|
![]() |
15.02.2022 | 14:30 |
|
|
|